Great.az
» » Taro kartları haqqında miflər və faktlar
» » Taro kartları haqqında miflər və faktlar

    Taro kartları haqqında miflər və faktlar


    Мифы и факты о картах Таро


    1. Taronun yaranma vaxtı və yeri
    Mif: Taro Misir, Hindistan, Çin, Mərakeşdən, sufilərdən, katarlardan, yəhudi kabbalistlərindən gəlib və ya onun mənşəyi ümumiyyətlə məlum deyil.

    Reallıq: Taro kartları və falçılıq 15-ci əsrin əvvəllərində Şimali İtaliyada yaranıb. Onun başqa vaxtda və başqa yerdə yaranmasına dair heç bir sübut yoxdur.

    2. Qaraçılar və Taro
    Mif: Taronu Avropaya gətirən və yayan məhz qaraçılar olub.

    Reallıq: Qaraçıların 20-ci əsrə qədər Tarodan istifadə etdiyini sübut edən heç bir sənəd yoxdur. Onların proqnozları əsasən xiromentiyaya (əl falı) əsaslanırdı.

    3. Taronun oyun kartları ilə əlaqəsi
    Mif: Taro dəstəsi 52 kartlıq oyun dəstəsinin yaranmasına səbəb olub, "Coker" isə Böyük Arkanlardan qalan yeganə xatirədir.

    Reallıq: Oyun kartları Avropaya İslam ölkələrindən (ehtimal ki, İspaniya vasitəsilə) Tarodan 50 il əvvəl gəlib. Oyun kartları İslam kartlarının adaptasiyası idi.

    4. Kilsənin Taro qadağası
    Mif: Kilsə bidətçi (küfr) təlimləri yatırmaq üçün Taroya qadağa qoyub.

    Reallıq: Ali İnkvizitorlar kilsə tərəfindən bidət sayılan hər şeyi təfərrüatı ilə qeyd edirdilər, lakin orada Taronun adı çəkilmir. Üstəlik, bir çoxları dini süjetli Taro kartları çap edərək pul qazanırdılar. Taro kartları yüksək təbəqə ilə birbaşa əlaqəli olduğu üçün bəzi hallarda xüsusi olaraq qadağalardan kənar tutulurdu.

    5. Taro kartlarının ilkin istifadəsi
    Mif: Taro kartlarından falçılıq, sehrbazlıq və gizli elmlərin öyrədilməsi üçün istifadə olunub.

    Reallıq: Dövrümüzə qədər gəlib çatan sübutlar göstərir ki, Tarodan Bric oyununa bənzər bir kart oyunu oynamaq üçün istifadə edilib. Taronun başqa məqsədlər üçün istifadə olunması mümkün olsa da, buna dair heç bir dəlil yoxdur.

    6. Okkult fəlsəfə və Taro
    Mif: Taroda hermetik, bidətçi və ya kabbalistik simvolika yoxdur.

    Reallıq: Hazırda bu sual açıq qalır və cavabı tapılmayıb. Qeyd olunan istiqamətlərin hər biri və ya hamısı Taronun strukturunda müəyyən iz qoya bilərdi.


    Похожие новости

    reklam


Maraqlı məsləhətlər
Sağlamlıq və Gözəllik


Kişi və Qadin dünyası
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook