Belə bir rəy var ki, qadınlar monoqam varlıqlardır, onlar ailə üçün yaradılıblar, missiyaları uşaq böyütmək və ailə ocağını qorumaqdır. Lakin bu, onların xəyanətə qadir olmadığı anlamına gəlmir. Mən burada qadınların nə dərəcədə monoqam, yaxud kişilərin təbiətən nə qədər poliqam olması barədə mühakimə yürütmək niyyətində deyiləm. Sadəcə qadın xəyanətinin səbəblərinin nədən ibarət olduğunu anlamaq istəyirəm. Beləliklə, variantlar aşağıdakılar ola bilər:
[/b]

1. Karyera Naminə
Belə hallara nadirən rast gəlinir, amma olur. Təsəvvür edin: sevgiliniz hansısa nüfuzlu bir şirkətdə işləyir, yaxşı vəzifəsi və sabit maaşı var. Hər şey qaydasındadır və hər şey onun xoşuna gəlir, ta o günə qədər ki… rəhbəri onu yaxşı bir restoranda şam yeməyinə dəvət edir. Və burada diqqət göstərmələr, çiçəklər, şampan və açıq-aydın eyhamlar başlayır. Əgər bu proses qadına xoş deyilsə, bir qayda olaraq onun tək çıxış yolu var — işdən çıxmaq. Bəs işi itirmək istəmirsə nə etməli? Bəli, belə qurbanlar verməli olur.
Yeri gəlmişkən, əgər o, yeni iş yerində işdən çıxma səbəbi kimi rəhbərliyin ona qarşı olan rəğbətini göstərsə, ona bir iş axtaran kimi şübhə ilə yanaşırlar: "yəqin özü günahkardır: özünü düzgün aparmayıb, düzgün geyinməyib". Orada nəyin baş verdiyini kim bilir axı! Və bunu araşdırmaq kimə maraqlıdır ki!
Və budur, günlərin bir günü siz öz qadınınızı başqa bir kişinin yanında görürsünüz. Amma o, sizi əmin edir ki, onları yalnız işgüzar münasibətlər bağlayır. Təəssüf ki, bu həqiqətdir, onların cümə günləri sırf işgüzar seksi olur.
[/b]

2. Pul və Hədiyyələrə Görə
Qadın gözəl həyat xəyal edir. O, sizdən böyük bir qızılgül dəstəsi gözləyir, siz isə ona cəmi üç dənə lalə (gül) gətirirsiniz. Sizinlə Parisdə unudulmaz bir tətil keçirmək istəyir, siz isə ona yalnız Soçiyə səfər təklif edə bilirsiniz. Bununla belə, o, sizi sevdiyinə dair əmin etməkdən qalmır. O, yalnız sizi sevir!
Yalnız sizi yox! Gözəl həyatı da az sevmir. Hətta bu "Şirin həyatın" rejissoru ona ciddi heç nə vəd etməsə belə. Kim sizə zəmanət verir ki, növbəti dəfə o, həmin adam təzə, xışıldayan əskinas dəstəsini yellədən kimi onun yanına qaçmayacaq? Onu dərhal fahişə adlandırmağa tələsməyin. Axı biz kişiləri yalnız gözəl qadınları bəyəndiklərinə görə qınamırıq. Biz də onlar üçün "Gəlinciksevər" kimi incidici bir ləqəb uydura bilərdik.
Kimisi yalnız gözəlliyə aşiqdir, kimisi isə gözəl və baha şeylərə. Amma mahiyyətcə bu eyni şeydir və onun adı — ruhun yetkinləşməməsidir. İnsanlar yalnız qabığı görür və əsas olanı nəzərə qaçırırlar. Kişilər bəzən necə sırf gözəlliyinə görə qadınla yatırlarsa, qadınlar da kişilərlə — pul xatirinə yatırlar. Qeyd etmək lazımdır ki, qadınlar hər yaraşıqlı kişi ilə sırf xarici görünüşünə görə yatmazlar, onun vizual tərəfindən başqa nəsə bir üstünlüyü də olmalıdır, məsələn, cazibəsi, zəkası və ya pulu.
[/b]

3. Qisas Almaq Üçün
Bəli, bəli, belə qisasçı xanımlara da rast gəlinir. Əgər siz öz qadınınızın belə olmadığını düşünürsünüzsə, sadəcə onun rəfiqəsinə bir kompliment etməyi yoxlayın və onun sizin dostlarınızla necə flört etməyə başladığını görəcəksiniz. Nədir, qorxdunuz? İndi isə təsəvvür edin ki, siz ona xəyanət etsəniz və o, bunun üstünü açsa nə baş verəcək. Bəli, o, sizdən eyni üsulla qisas ala bilər. O, bunu elə edə bilər ki, siz onun xəyanətindən heç vaxt xəbər tutmaya bilərsiniz, baxmayaraq ki, sizin və onun bütün dostları artıq məsələdən agah olacaqlar. Ağrılıdır! Bəs siz nə gözləyirdiniz?!
[/b]

4. Seksual Narazılıq (Doyumsuzluq) Səbəbindən
Siz əminsinizmi ki, qadınınıza nə qədər seks lazımdır? Tutaq ki, onun həftədə neçə dəfə bunu istədiyini bilirsiniz? O, bu barədə sizə həmişə danışır? Yoxsa seksual münasibətlərin təşəbbüskarı hər zaman siz olursunuz? Onun bunu harada etməyi sevdiyini və onu ən çox nəyin ehtiraslandırdığını bilirsinizmi? Hansı pozaları və oxşamaları bəyənir? Əlinizi ürəyinizin (yaxud daha aşağı) üzərinə qoyaraq dürüst deyin, yarınızın bütün seksual fantaziyalarından xəbərdarsınızmı? Yataqda seks barədə danışırsınızmı?
Əgər bu suallardan heç olmasa birinə təsdiqedici cavab vermədinizsə, narahatlıq üçün əsasınız var. Qadınların orqazmı simulyasiya edə bildiklərindən xəbəriniz var? Xeyr, bu simulyasiya heç kimə xüsusi bir zövq vermir. Lakin məsələ burasındadır ki, bu, qadınların kişilərə xəyanət etməsinin ən ciddi səbəblərindən biridir.
Qadınların dilində bu belə səslənir: "Həyatda çox yaxşı insandır, amma seksdə — heç nədir!" Bunu etiraf etmək onların özünə də kədərlidir. Axı onlar birinci dərəcəli məşuqlarla deyil, yaxşı ərlərlə yaşayırlar. Yatdıqları isə məhz birincilər olur.
[/b]

5. Hər Şey Boğaza Yığıb!
Sizin qadınınız başqa bir kişinin yatağına sadəcə ona görə düşə bilər ki, siz onu artıq cana doydurmusunuz. Xeyr, o, sizi sevir və sevməkdə davam edir. Lakin o, sadəcə sizin daimi iradlarınızdan, proqnozlaşdırıla bilməyən xarakterinizdən, onun bir həyat yoldaşı və ev xanımı kimi qarşısında qoyduğunuz yüksək tələblərdən bezib.
Həmçinin o, bu proseslə sizin istədiyiniz kimi məşğul olmaq istəmir və bunu sizə təkrar etməkdən artıq yorulub, çünki siz onu eşitmirsiniz və öz dediyinizdə israr edirsiniz. O, sizi həmişə və hər şeydə məmnun etməkdən bezib. O istəyir ki, nəhayət kimsə onu eşitsin və onu məmnun etsin. Və inanın ki, onun buna haqqı var. Ona görə də əgər siz etməsəniz, bunu başqa biri edəcək.
Düşünməyin ki, o heç kimə lazım deyil və maraqlı deyil. Çünki günlərin bir günü özünüz oyun kənarında qala bilərsiniz. Bax o zaman düşünməyə vaxtınız olacaq: "O, bunu niyə etdi?" Və bu xəyanət heç də onun sizinlə seksdən xoşu gəlmədiyi mənasına gəlmir. Xoşu gəlirdi! Sadəcə siz onun üçün çox çətin bir insansınız. Qaydalarınız və prinsipləriniz həddindən artıq çoxdur.
[/b]

6. "Ups! I didn't do it!"
Başqa sözlə: təsadüfən. O, sadəcə barda spirtli içkini bir az çox qəbul etdiyi üçün xəyanət edə bilər, sonra hansısa yaraşıqlı bir gənc onu evinə aparmağı təklif edib…
Onun çarpayısına necə düşdüyünü, eləcə də ondan sonra olanları artıq xatırlamır. Sadəcə o, yanında siz olsanız belə, özünü tənha və bədbəxt hiss edir.
Düşünün, bəlkə siz sadəcə ona diqqət ayırmırsınız? Bəlkə onunla olmaq üçün işlə həddindən artıq məşğulsunuz? Siz pul verməklə ondan canınızı qurtarırsınız və deyirsiniz: "Əzizim, al bu kredit kartını! Əylən və özünə heç nəyi əsirgəmə! Sadəcə mənə zəng etmə, səhər konfransım var, sonra… sonra isə… axşam da məşğul olacam! Sabah isə Novosibirskə ezamiyyətə uçuram. Yox, mənimlə gəlməyinə nə ehtiyac var, orada hava soyuqdur, hələ xəstələnərsən. Sənə zəng edəcəm! Darıxma!"
Yaxşı, bəs onun başqa nə çarəsi qalır? O, sanki sizin qadınınızdır. Eyni zamanda isə tək-tənhadır. Bax o da problemlərini bacardığı kimi həll edir.
[/b]

7. Onu Baştan Çıxarıblar
Təsəvvür edin ki, siz artıq uzun müddətdir birlikdəsiniz və bir-birinizi çox yaxşı tanıyırsınız. Siz onu, o isə sizi sözaltından anlayır. Siz bir-birinizi elə öyrənmisiniz ki, artıq danışmağa mövzu belə yoxdur. Sırf belə də demək olmaz! Sadəcə nəyisə danışmağa ehtiyac yoxdur, çünki sizin düşüncə axınınız yarınıza tamamilə bəllidir, o, hətta sizin adınızdan dialoqlar belə qura bilir.
Siz artıq bir-birinizi təəccübləndirməyi dayandırmısınız. Siz, bir kişi kimi, qadının arxasınca qaçmaq, ona diqqət göstərmək öhdəliyini üzərinizdən atmısınız: ona çiçəklər hədiyyə etmək, işdən gecikəndə qarşılamaq, ona komplimentlər demək… O da buna öyrəşib və hesab edir ki, hər şey qaydasındadır — sizin sabit münasibətləriniz var.
Amma budur, günlərin bir günü o, ona diqqət göstərməyə başlayan bir kişi ilə qarşılaşır: o, elə nəzakətlidir ki. Və bütün bunlar elə cəlbedici, emosiya dolu və gözlənilməzdir ki. O isə bu burulğana başıaşağı atılır. Xeyr, bu onun sizinlə münasibətlərini "təzələməyə" kömək etmir. O, sadəcə yeni romanlar, yeni emosiyalar və hisslər istəyir. Qadınlar ümumiyyətlə emosional varlıqlardır və onlar dörd divar arasındakı boz otaqda uzun müddət yaşaya bilmirlər. Əgər siz onu təəccübləndirməyi dayandırsanız, bunu başqa biri mütləq edəcək.
Yuxarıda sadalanan bütün səbəblərdən çox sadə bir nəticə çıxarmaq olar. Əgər qadınınızın sizə heç vaxt xəyanət etməməsini istəyirsinizsə, onda:
Onu işində dəstəkləyin — bu işi tapmağa, ayağa qalxmağa və ya öz biznesini qurmağa kömək edin ki, onun uğurları rəhbərliyin şıltaqlığından asılı olmasın;
Ona hədiyyələr verin, o bunu sevir, qoy baha olmayan bir xırda şey olsun, amma yenə də xoşdur;
Ona xəyanət etməməyə çalışın, əgər belə bir şey baş verərsə, onun bundan xəbər tutmaması üçün hər şeyi edin;
Yataqda onu məmnun edin;
Onu xırda şeylərə görə boğaza yığmayın, onun bütün həyatını qrafik üzrə yazıb qarşısına şərtlər qoymağa ehtiyac yoqdur;
Ona diqqət ayırın, sadəcə onun yanında olun, ünsiyyət qurun — bu onun üçün vacibdir;
Tanışlığınızın ilk günündəki kimi onun qayğısına qalın və diqqət göstərin.






