Qadının hormonal fonu menstruasiya dövrü ərzində sürekli dəyişə bilər. Məhz buna görə də bəzən güclü cinsi həvəs yerini tam laqeydliyə verə bilər. Bəzi qadınlar menstruasiya zamanı xüsusilə güclü cinsi oyanma hiss edirlər. Hazırda təbabət menstruasiya zamanı sekslə məşğul olmağa icazə verir. Əməl edilməsi vacib olan yeganə şey bir neçə qayda və tövsiyədir.
Menstruasiya dövründə cinsiyyət organlarına qan axını artır, uşaqlıq yolu bir qədər şişir və daralır, bu da onun daha həssas olmasına gətirib çıxarır. Buna görə də menstruasiya zamanı qadınlar orqazmı adi günlərlə müqayisədə daha kəskin hiss edirlər.
Menstruasiya zamanı sekslə məşğul olmaq bir sıra xəstəliklərə səbəb ola bilər, çünki qadın orqanizmi bu dövrdə daha həssas olur. Qan, kişinin cinsiyyət üzvünə düşərək iltihab yarada biləcək bir çox xəstəlik törədən mikrobların yaşayış mühitinə çevrilir. Məhz buna görə de menstruasiya zamanı sekslə məşğul olmaq arzuolunmazdır. Bundan əlavə, patogen bakteriyalar uşaqlıq boynundan uşaqlığa daxil ola və bir çox xəstəliklərə yol aça bilər. Menstruasiya zamanı seks endometrioz kimi bir xəstəliyin yaranmasına səbəb ola bilər. Bu xəstəlik uşaqlığın selikli qişasının orqanizmin ümumiyyətlə olmamalı olduğu yerlərində ortaya çıxmasıdır. Cinsi əlaqə də bu prosesə təkan verir. Bu xəstəlik üçün yüksək qızdırma və qarnın aşağı hissəsində ağrılar xarakterikdir. Fəsadı isə sonsuzluqdur.
Hər bir qadın bütün riskləri dərk etməli və menstruasiya zamanı sekslə məşğul olub-olmayacağına özü qərar verməlidir. Həm qadının, həm də partnyorunun sağlamlıq vəziyyətini qiymətləndirə biləcək həkimlə məsləhətləşmək də artıq olmaz.
**Menstruasiya zamanı sekslə necə məşğul olmalı?**
Menstruasiya zamanı seksin mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var. Belə ki, qarnın aşağı hissəsindəki ağrılar yüngülləşir və menstruasiya müddəti qısalır.
Əgər menstruasiya zamanı sekslə məşğul olmağın düzgün olduğuna qərar vermisinizsə, növbəti qaydalara əməl etməyə çalışın:
* Seksual əlaqədən əvvəl duş qəbul edin və cinsiyyət orqanlarınızı yaxşıca yuyun (bu, partnyora da aiddir); * Prezervativdən istifadə edin; * Sekslə menstruasiyanın 2-3-cü günündən, yəni bol qanaxmalı ifrazat keçdikdən sonra məşğul olmaq olar.