İstənilən falda ən vacib məqam – sizin inancınız və daxili köklənmənizdir. Gündəlik qayğılardan uzaqlaşın, kənar səsləri kəsin və maksimum dərəcədə diqqətinizi cəmləməyə çalışın. Cavabını almaq istədiyiniz sualları düşünün. Suallar mümkün qədər konkret olmalıdır. Sadəcə "Gələcəkdə məni nə gözləyir?" deyil, "Bu işi görsəm, nəticəsi nə olacaq?", "Bu insanla münasibətlərim necə qurulacaq?" və s. Sizin nəyi öyrənmək istədiyinizi özünüzün dərk etməyiniz çox önəmlidir. Sualları formalaşdırdıqdan sonra kartları əlinizə alın.
Taro dəstəsi 78 kartdan ibarətdir. Onlar adətən iki qrupa bölünür: Böyük Arkanlar – dörd rəngdən olan 22 yüksək dərəcəli kart və Kiçik Arkanlar – hər rəngdən 14 ədəd olmaqla 56 kart. İstənilən düzüm üçün kartları yaxşıca qarışdırın, üzüaşağı çevirin və qarşınıza, masanın üzərinə düzün. Kartları hər iki əlinizlə saat əqrəbi istiqamətində qarışdırın. Bu zaman bəzi kartlar tərs çevriləcək ki, bu da falın nəticəsi üçün vacibdir. Tələsmədən kartları toplayın və sualı ucadan tələffüz edin. Hər şey hazırdır, düzümə başlaya bilərsiniz.
Yeni başlayanlar üçün ən sadə variant – bir kart seçməkdir. Dəstəni əlinizə yığın, sualı deyin və qarşınıza çıxan ilk kartı çəkin. Arayış kitabçasında və ya internetdə həmin kartın mənasını oxuyun və onun sualınızla necə əlaqəli olduğunu düşünün. Kartların və rənglərin əsas mənalarını öyrəndikdən sonra daha mürəkkəb düzümləri yoxlaya bilərsiniz. Ən geniş yayılmış olanlar: "Kelt xaçı", "On iki ev", "İki nəfərlik vağzal" düzümləridir. Bu düzümlər daha ümumi xarakter daşıyır, əgər sizi həyatın daha konkret sahələri maraqlandırırsa, o zaman kartların "rəngləri" (mastları) üzrə fal aça bilərsiniz. 4 əsas rəng mövcuddur: qılınclar, əsalar, qədəhlər (kuboklar) və pentakllar. Onların hər biri müəyyən sahəyə uyğundur:
Qədəhlər – sevgi,
Pentakllar – pul,
Qılınclar – niyyətlər,
Əsalar – işlər və layihələr.
Dəstədən müəyyən rəngli kartları çıxarmaqla, məsələn, həmin insanla münasibətdə sizi nələrin gözlədiyini müəyyən edə bilərsiniz, kartların mənası isə niyyətlərin ciddiliyini və ya ehtirasın dərinliyini göstərəcək.
İndi onlayn rejimdə internet-fal açmaq getdikcə daha çox yayılır. Astroloqlar və proqnozçular iddia edirlər ki, bu, ənənəvi faldan heç də geri qalmır, çünki kartı siçanla (mouse) açarkən siz, əslində, onu əlinizlə çevirərkən etdiyiniz eyni hərəkətləri yerinə yetirirsiniz.












