Azrbaycan kinosu (Azrbaycan kino snti) — Azrbaycan milli kinematoqrafiyas
Azerbaycan kinosunun tarixi 1898-ci ildn balayr. ndiy qdr Azerbaycanda 3000-dn artq film istehsal olunmudur. Bunlardan 300-dn oxu tammetrajl bdii film, 100-dn oxu qsametrajl bdii film, 20-y qdri serial, 150-dn oxu televiziya tamaas, 100-dn oxu cizgi film, 70-dn oxu tammetrajl sndli film, 1700-dn oxu qsametrajl sndli film, 350-dn oxu "Mozalan"n sjetlri, 10 ddi is "Mezmeze" Uaq Satirik Kinojurnalnn bdii sjetlridir.
lkin dvr
Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
"Balaxanda neft fontan" filmindn kadr.
1920-ci iller
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi.
1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Ballyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.
Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.
AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır.
Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M. Şərifzadə, A. Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birgə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.
XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M.Frunzenin Bakıya gəlməsi" (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.
1925-ci ildə rejissor A.M. Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.
"Sevil" (1929, rejissor A..Bek-Nazarov) filmindn kadr
1930 - 40-c illr
30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), "Bakılılar" (1938, rejissor V.V.Turin), "Kəndlilər" (1939, rejissor S. Mərdanov) və s.
"Kəndlilər" (1939, rejissor Səməd Mərdanov) filmindən kadr
Azrbaycan kinosu 1935-1988-ci illrd. Ssli dvr
1935-ci ildə "Azərfilm"in Moskvanın "Mejraypromfilm" kinostudiyası ilə birqə yaratdığı "Mavi dənizin sahilində" (rejissor B.V. Barnet) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, Y.A.Kuzmina və başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.
İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" (1941,1942, rejissor A.Quliyev) kinonovellaları, M.F. Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi" (1942, rejissorlar A.İ.Bek-Nazarov, R.Təhmasib), vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə" (1943, rejissorlar Q.V. Aleksandrov, R. Təhmasib, M. Mikayılov), müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" (1943, rejissor A.İvanov) bədii filmləri çəkilmişdir.
1945-ci ildə Ü. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. "Arşın mal alan" filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.
Azrbaycan kinosu 1950-ci illrd
1940-cı illərin sonu 50-ci illərin əvvəllərində "Bakı kinostudiyası"nın əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız "Fətəli xan" (1947, rejissor Y.İ. Dziqan, 1959-cu ildə ekrana buraxılmışdır) və "Bakının işıqları" (1950, rejissorlar İ.V. Xeyfits, A.Q. Zarxi və R. Təhmasib) bədii filmləri çəkilmişdir.
50-ci illərdə ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı ("Qızmar günəş altında" (1957, rejissor L. Səfərov), "Qara daşlar" (1958, rejissor A.Quliyev), "Kölgələr sürünür" (1958, rejissorlar İ. Əfəndiyev və Ş. Şeyxov), "Onun böyük ürəyi" (1959, rejissor Ə. İbrahimov), "Əsl dost" (1959, T. Tağızadə), "Onu bağışlamaq olarmı?" (1960, rejissor R. Təhmasib), "Bizim küçə" (1961, rejissor Ə. Atakişiyev), "Böyük dayaq" (1962, rejissor H. İsmayılov), "Telefonçu qız", "Belə ada da vardır" (1962, 1963, rejissor H.Seyidbəyli), "Ögey ana" (1959, rejissor H.İsmayılov).
"Bakı kinostudiyası"nda müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş "Bir məhəlləli iki oğlan" (rejissorlar Ə. İbrahimov və İ.V. Qurin, operatorlar M.M. Pilixina və R. Ocaqov, bəstəkar Q. Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir.
Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" (1958, rejissor T.Tağızadə) filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir.
Azrbaycan kinosu 60-c illrd
60-cı illərin əvvələrindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. "Koroğlu" (1960, rejissor H.Seyidzadə) bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. "Səhər" (1960, rejissor A.Quliyev) filmi Bakıda 1905-1907-ci illər inqilabı hadisələrindən söhbət açır. "Mahnı belə yaranır" (1959,rejissorlar R.Təhmasib və M.Mikayılov) filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. "Məhəbbət dastanı" (1961,rejissor L.Səfərov) "Leyli və Məcnun" mövzuları əsasında çəkilmişdir.
"Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənmişdi. "Görüş" (1955, rejissor T.Tağızadə), "Sevimli mahnı" ("Bəxtiyar", 1955, rejissor L.Səfərov, baş rolda R.Behbudov), "O olmasın, bu olsun" (1965, rejissor H.Seyidzadə), "Romeo mənim qonşumdur" (1963, rejissor Ş.Mahmudbəyov), "Əhməd haradadır?" (1964, rejissor A.İsgəndərov), "Ulduz" (1964, rejissor A.Quliyev), "Arşın mal alan" (1965, rejissor T.Tağızadə), "Qaynana" (1978, rejissor H.Seyidzadə) və s. filmlərdə bu ənənə davam etdirilmişdir.
Azrbaycan kinosu 70-ci illrd
70-ci illərdə "Uşaqlığın son gecəsi", "Gün keçdi" (1969,1971,rejissor A.Babayev), "Baş müsahibə", "Var olun, qızlar" (1971,1973, rejissor E.Quliyev), "Həyat bizi sınayır" (1971, rejissor Ş.Mahmudbəyov), "Xoşbəxtlik qayğıları" (1976, H.Seyidbəyli) və s. filmləri göstəmək olar.
70-ci illərin sonralarında və 80-cı illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür (("İstintaq", 1979,14-cü Ümumittifaq kinofestivalının baş mükafatı, Düşənbə,1980; SSRİ Dövlət Mükafatı ,1981), "Bağlı qapı" (1981), "Park" (1983), "Özgə həyat"(1987), "Ölsəm, bağışla" (1988)). Həmin mövzular "De ki, məni sevirsən" (1977, rejissor M.İbrahimbəyov), "Bizi bağışlayın" (1979, rejissor A.Babayev), "Gümüşü furqon" (1982) , "Şeytan göz qabağında" (1987, rejissor Q.Mirqasımov, 21-ci Ümumittifaq kinofesti valının mükafatı, Bakı,1988), "Anın strukturu", "İşgüzar səfər" (1982, rejissor R.İsmayılov), "Babamın babasının babası", "Bağ mövsümü" (1985, rejissor T.Tağızadə), "İlıq dənizdə buz parçası" (1983, rejissor Y.S.Qusman), "Gümüş göl əfsanəsi", "Burulğan", "Təxribat" (1984, 1986, 1989, rejissor E.Quliyev) filmlərində yeni cəhətlərdən açılmışdır. "Yaramaz" 1988, rejissor V.Mustafayev) filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik boyalarla təsvir edilmişdir. Film ölkəmizdə və xaricdə böyük maraq doğurmuşdur.
Azrbaycan kinosunda tarixi-inqilabi janr
60-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir. "Mosfilm" kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən "Ulduzlar sönmür" (1971, rejissor Ə.İbrahimov) filmi bu baxımdan diqqətəlayiqdir. S.Vurğunun "Komsomol poeması"nın motivləri üzrə çəkilmiş "Yeddi oğul istərəm" (1970, rejissor T.Tağızadə; Azərbaycan Lenin komsomolu mükafatı , 1970) filmi 20-ci illərin komsomolçularına həsr olunmuşdur. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir. "Səmt küləyi" (1973, rejissor E.Quliyev) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, "Axırıncı aşırım" (1971, rejissor K.Rüstəmbəyov), "Qatır Məmməd" (1974, rejissor R.Ocaqov) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. "Sevinc buxtası" (1977, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1978), "O birigün gecə yarısı" (1981, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1986), "Atları yəhərləyin" (1983, rejissor H.Turabov, Azərbaycan SSR Dövlət Mükafatı, 1986), "İşarəni dənizdən gözləyin" (1986, rejissor C.Mirzəyev) filmləri də tarixi mövzulardadır.
"Nəsimi" (1973, rejissor H.Seyidbəyli, 7-ci Ümumittifaq kinofestivalının ən yaxşı tarixi film üçün mükafatı, 1975) filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. "Dədə Qorqud" (1975, rejissor T.Tağızadə) filmi poetikliyi ilə fərqlənir. "Babək" (1979, rejissor E.Quliyev) filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə Xilafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. "Nizami" (1982, rejissor E.Quliyev) filmində N.Gəncəvinin, "Qəm pəncərəsi" (1986, rejissor Anar) filmində isə C.Məmmmədquluzadənin obrazı canlandırılmışdır.
Azərbaycan Bədii televiziya filmlərindən "Ad günü" (1977, rejissor R.Ocaqov,8-ci Ümumittifaq televiziya filmlər fevralının 1-ci mükafatı, Bakı, 1979, Azərbaycan SSR Dövlət mükafatı, 1980) xüsusilə fərqlənir. "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", "Ötən ilin son gecəsi" (1978, 1980, 1983, rejissor G.Əzimzadə) "Bilmək istəyirəm" (1980, rejissor Q.Mirqasımov) və s. bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. "Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları" (1981, rejissor Anar) televiziya filmi geniş arxiv materialları əsasında yaradılmışdır.
Bəzi filmlərdə İkinci Dünya müharibəsi mövzusu əksini tapmışdır: "Bizim Cəbiş müəllim" (1970, rejissor H.Seyidbəyli), "Bakıda küləklər əsir" (1974, rejissor M.Dadaşov), "Tütək səsi" (1975, rejissor R.Ocaqov) və s. "Şərikli çörək" (1969, rejissor Ş.Mahmudbəyov; Azərbaycan SSR Dövlət mükafatı, 1969) filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Rejissor R.İsmayılovun "Mən sizi həyatımdan artıq sevirdim" (1985) filmi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilmişdir.
Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: ("Bir qalanın sirri", "Sehrli xalat", "Qərib cinlər ölkəsində" (1959, 1964, 1987, rejissor Ə.Atakişiyev), "Şirin evdən getməsi" (1978, rejissor R.İsmayılov), "Mən mahnı qoşuram", "Əzablı yollarla", "Musiqi müəllimi" (1979, 1982, 1983, rejissor T.İsmayılov), "Gəmi saatının sirri" (1982, rejissor R.Şabanov), "İsmayıl bəyin mücrüsü" (1983, rejissor G.Əzimzadə) və s.) 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi ("Əlaqə", rejissor Ç.Zeynalov) yaradılmışdır

azerbaycan kinosu, azerbaycan filmi, azerbaycanca kino, azerbaycanca film, azeri kino, azeri film, yol ehvalati, qaynana, beyin ogurlanmasi, sevil, ad gunu, feryad, meshedi ibad, babamizin babasinin babasi, ushagligin son gecesi, avgust gelende, tehmine ve zaur, babek, Ulduz, aygun, tamahkar, ogey ana, ag atli oglan, o olmasin, bu olsun, atlari yeherleyin, asif, vasif, agasif, arxadan vurulan zerve, axirinci ashirim, bakida kulekler esir, Bizim cebis mellim, bir cenub sheherinde, sehirli xalat, bextiyar, alma almaya benzer, bext uzuyu, yeddi ogul isterem, Qerib cinler diyarinda, bag ,movsumu, musigili xash, vagif mustafayev, Ryazanov,