Great.az
» » Desem, gorusherik, sen deme, "belke"...
» » Desem, gorusherik, sen deme, "belke"...

    Desem, gorusherik, sen deme, "belke"...


    Desem, gorusherik, sen deme, "belke"...


    Sənindir bu dövran, bu böyük ölkə.
    Qəm mizrabı vurma telə, sevgilim,
    Desəm, görüşərik, sən demə, "bəlkə"…
    Cavab ver: - Elədir, elə, sevgilim!...

    Gecələr aya bax, ulduzlara bax,
    Gözlərimiz orda birləşəcəkdir.
    Könlün aynasında, a ceyransayaq
    Eşqin qələmiylə şəklimi çəkdir.

    Xatırında varmı, tez-tez küsüşüb
    Deyərdin: -Danışma, dindirmə məni
    İndi ədaların yadına düşüb
    Yandırırmı səni, yaxırmı səni?

    Hər zaman saçını darayan zaman,
    Həsrət gözlərinə baxıb aynada,
    Bil ki, səni sevən, sənə inanan
    Könül ilqarını pozmaz dünyada.

    Bəlkə bir gün səndən üzüldü əlim
    "Xoş keçdi az sürən bir ömrümüz" de.
    Ayrılıq dəmində, aman, gözəlim,
    Qoy yadımda qalsın, bir yaxşı söz de!

    Mənsiz bu dünyanın olsan qonağı,
    Nə olar, sevgilim, sağ ol təki sən.
    Kim görsə boyasız solğun dodağı,
    Onsuz da biləcək, sən mənimkisən...

    -Resul Rza


    azeri sheirler, азербайджанские стихи, стихи на азербайджанском
    Похожие новости



Полезные советы
Здоровье и Красота


Мужской и Женский мир
Фото новости

Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook