Great.az
» » "Uch gecenin birinde" - Rsul Rza
» » "Uch gecenin birinde" - Rsul Rza

    "Uch gecenin birinde" - Rsul Rza


    "Uch gecenin birinde" - Rsul Rza


    Üç gecədir sənsizəm,
    Gündüzləri demirəm;
    gündüzlərim dolu olur:
    adamla,
    xəbərlə,
    nar dənələriylə,
    Qurtum-qurtum su
    Təkər səsi,
    Və belə-belə.
    Gecələrim bütün bunlarsız olur
    Adam,
    xəbər,
    su,
    təkər səsi,
    və narsız olur.
    Üç gecədir sənsizəm,
    Üç gündür çevirirəm,
    vaxtı varaq-varaq
    Bir-bir ötür keçir,
    ağı-qarası
    İstəyirəm biləm
    hardasan,
    Yaddaşımda,
    közə düşən bir damcı su kimi,
    buxarlanır xəyalın.
    Ancaq bilirəm:
    bu gecələrin birində
    sən vardın.
    Uçan ulduz kimi,
    suda əriyən
    bir çimdik duz kimi,
    ayrılan yolumuz kimi,
    şəffaf buz kimi.
    Yuxusuz kimi...
    Kimi
    mən itirdim?
    Kim itirdi məni?
    Tapmıram soruşam,
    tapmıram səni.
    Gecələrin birindəsən;
    qupquru gözlərində,
    yaşarmış sözlərinlə
    Gecələrin birində yox oldun.
    Var idin ki, yox oldun.
    Yox yox olarmı?
    Üç gecədir
    axtarıram yuxularımı,
    Ümidimi itirməmişəm
    Axtaracağam səni
    nə qədər ki, sağam
    səninçin ölməyəcəyəm, yox.
    Ölməmiş, səni tapacağam.

    -Resul Rza


    Похожие новости

    reklam


Полезные советы
Здоровье и Красота


Мужской и Женский мир
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook