Yanar eşqin bir vüsaldı dərmanı,
Can cananı istəməsə nə sevgi?
Həsrətindən çəkib ahı, amanı,
Ürəyində səsləməsə nə sevgi?
İki qəlbə məhəbbəti yazanda,
Bəla çəksin onu pozub, azanda,
Düz əhdinə düz peymana, düz anda,
Hüsnü-rəğbət bəsləməsə, nə sevgi?
Azaflıya sevgi həyat, sevgi dad,
Sevənləri çətin gördüm qəlbi şad,
Sevgi bəla, sevgi ölüm, sevgi bad,
"Başı qurban kəs" deməsə nə sevgi?
Mikayil Azafli