Great.az
» » NİYƏ hamilə qadınları ürəyi bulanır?
» » NİYƏ hamilə qadınları ürəyi bulanır?

    NİYƏ hamilə qadınları ürəyi bulanır?


    ПОЧЕМУ тошнит беременных женщин?

    Toksikoz nədir?
    Hər bir hamilə qadın bu anlayışla tanışdır. Lakin bəzilərinin hesab etdiyinin əksinə, toksikoz hamiləliyin məcburi atributu deyil. O, hamiləliyin ağırlaşması (fəsadı) hesab olunur, buna görə də hər bir gələcək anada yaranmır.

    Toksikoz erkən və gec olur.
    Hamilələrin təxminən yarısı bu və ya digər dərəcədə erkən toksikozdan əziyyət çəkir. Bu hal xüsusilə ilk hamiləlikdə və çoxdöllü hamiləlik zamanı daha qabarıq büruzə verir. Erkən toksikoz ürəkbulanma, qusma və başgicəllənmə ilə müşayiət olunur.

    Əksər hallarda bu xoşagəlməz simptomlar səhərlər yaranır və tez keçir. Lakin bəzi gələcək analarda bu proses daha ağır gedir – qida qəbulundan asılı olmayaraq gün boyu ürəkbulanma davam edir. Bu artıq toksikozun ağır forması hesab olunur və tibbi müdaxilə tələb edir.

    Erkən toksikozun öhdəsindən necə gəlmək olar?

    Maye qəbulu: Gün ərzində bol maye qəbul etmək lazımdır. Hamiləliyin birinci yarısında bunu məhdudiyyətsiz etmək olar.

    Qidanın konsistensiyası: Orqanizm duru və yarı-sulu qidaları daha yaxşı mənimsəyir, ona görə də hamilə qadınlar bu növ təamlara üstünlük verməlidir.

    Yataqda səhər yeməyi: Hamiləlik zamanı bu, həmişəkindən daha aktualdır, çünki səhər ürəkbulanmasının qarşısını almağa kömək edir.

    Zəngin menyu: Gələcək ananın menyusu vitamin və minerallarla zəngin olmalıdır. Rasionda mütləq meyvə-tərəvəz, süd, kəsmik və yağsız ət yer almalıdır. Az-az, lakin tez-tez (gün ərzində 5-6 dəfə, kiçik porsiyalarla) yemək ən optimal qidalanma rejimidir.

    Gec toksikoz və ya gestoz, bir qayda olaraq, hamiləliyin üçüncü rübündə yaranır və erkən toksikozdan daha təhlükəli hesab edilir. Gestozun əsas simptomları arterial təzyiqin artması, şişkinlik (ödem) və sidikdə zülalın olmasıdır. Təhlükəli əlamətləri vaxtında aşkar etmək və fəsadların qarşısını almaq üçün gələcək ana həkim tövsiyələrinə əməl etməli, mütəmadi olaraq analizlər verməli və çəki artımını izləməlidir (normalda hamiləlik boyu çəki artımı 10-12 kq-ı ötməməlidir).

    Hamilə qadında toksikozun yaranması birbaşa onun ümumi sağlamlıq vəziyyətindən asılıdır. Mayalanma anından etibarən qadın orqanizmi yeni roluna uyğunlaşmağa başlayır, daxili sistemlərin və orqanların işi dəyişir. Bütün bu dəyişikliklər tək bir məqsədə – körpəni sağ-salamat böyüdüb dünyaya gətirməyə yönəlmişdir.


    Беременность, Роды, Здоровье, Токсикоз
    Похожие новости

    reklam


Maraqlı məsləhətlər
Sağlamlıq və Gözəllik


Kişi və Qadin dünyası