Great.az
» » Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi..
» » Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi..

    Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi..


    Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi..

    Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
    Üzü aydan da gözəl sevgili yar gəlmiş idi.

    Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
    ...Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

    Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
    Ovçunun ovlağına köhnə şikar gəlmiş idi.

    Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
    Bəxtimizin baxçasına güllü bahar gəlmiş idi.

    Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
    Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.

    Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
    Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

    "Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox
    Demə röyada bizə çeşmi-xumar gəlmiş idi...

    -Nizami Gencevi


    Похожие новости



Полезные советы
Здоровье и Красота


Мужской и Женский мир
Отношения
Рецепты
Загрузка...
Новые статьи
Фото новости
Топ новости

Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook