Great.az
» » GÜMRÜ MÜQAVILƏSI - Александропольский договор
» » GÜMRÜ MÜQAVILƏSI - Александропольский договор

    GÜMRÜ MÜQAVILƏSI - Александропольский договор



    1918 – ci ildə Ermənistanda Daşnaksütün partiyası hakimiyyəti ələ keçirir. Hakimiyyətə qəldikləri andan etibarən daşnaklar demək olar ki, bütün qonşularına qarşı (Gürcüstan, Azərbaycan, Türkiyə) ərazi iddiaları irəli sürməyə başladılar.Bu iddialar, onların nəzarətində olan ərazilərdə yaşayan müsəlman əhaliyə qarşı kütləvi qırğınlarnan müşayət olunurdu. 1920 – ci ildə daşnak hökuməti Türkiyə ilə müharibə aparmaq fikrinə düşür və öz ordusunu Türkiyənin şərq vilayətlərinə yeridir. Bura qələn erməni ordusu, dinc əhaliyə amansız divan tutur, türk kəndləri yandırılır, əhalisi kütləvi surətdə qətlə yetirilir əmlakları talan edilirdi. Lakin Kazım Qarabəkir paşanın komandanlığında olan türk ordusu əks hücuma keçərək Türk torpaqlarını ermənilərdən təmizləyir, və onları müasir Ermənistan respublikasının yerləşdiyi əraziyə sıxışdırır. Noyabrın 7 də türk ordusu Gümrünü tutur və Ermənistana barışıq təklif edir.
    GÜMRÜ MÜQAVILƏSI - Александропольский договор

    Kazım Qarabəkir paşa Gümrüyə qedərkən
    Türkiyə ilə Ermənistan arasındakı müharibəni bitirəcək müqaviləni Gümrü şəhərində imzalamaq nəzərdə tutulurdu.”Gümrü müqaviləsi” – Türkiyə ilə Ermənistan arasında 1920 – ci il dekabrın 2 dən 3 nə keçən gecə imzalandı.

    Bü müqavilə Türkiyə Böyük Millət məclisinin bahladığı ilk beynəlxalq müqavilədi.

    Bu müqavilə 1920 – ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalı idi.

    Müqavilə 18 maddədən ibarət idi.

    Müqavilənin şərtlərinə əsasən Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistan respublikası ilə Türkiyə arasında sərhəddi də müəyyən edirdi.

    Bu müqavilənin şərtlərinə əsasən Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orudya malik olmalı, və bu ordu 8 ədəddən çox topa malik ola bilməzdi, pulyemyotların isə maksimal sayı 20 dən çox olo bilməzdi.

    Ermənistan “Sevr müqaviləsi”nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətlərini Avropadan və ABŞ – dan qeri çağırmağı öz üzərinə qötürürdü.

    Həmçinin Ermənistan hökuməti Türkiyəyə qarşı, və yaxud Türkiyənin maraqlarına zidd olan bütün müqavilələri, qüvvədən düşmüş elan edirdi.

    Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə alırdı, və Ermənistan ərazisində “hərbi tədbirlər görmək” imkanını əldə edirdi.

    Müqavilənin 7 – ci bəndinə əsasən, hər iki tərəf müharibə zamanı bir-birlərinə vurduqları ziyana görə təzminatdan imtina edirdilər. Müqavilə imzalandığı andan etibarən bir ay ərzində ratifikasiya olunmalı və qüvvəyə minməli idi.

    GÜMRÜ MÜQAVILƏSI - Александропольский договор
    4 dekabr 1920 – ci il Qırmızı ordu İrəvanda
    Lakin müqavilənin taleyi tamam başqa cür oldu belə ki, daşnak hökumətinin nümayəndələri gecə dekabrın 2 dən 3 nə keçən gecə Gümridə müqaviləni imzalamamışdan bir neçə saat əvvəl, İrəvandakı daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi Leqran ilə Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzalayırlar.

    Dekabrın 4 – də İrəvana Sovet Rusiyasının ordu hissələri qirir. Ermənistanda qurulan sovet hökuməti Gümridə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onu qüvvədən düşmüş elan edir.

    Ermənistanla Türkiyə arasındakı sərhəd məsələsi 1921 – ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi ilə tənzimləndi.

    Beləliklə daşnakların səyi nəticəsində Ermənistan öz müstəqilliyini itirdi, və erməni tarixində dağa bir rüsvayçı mərhələ başa çatdı.

    Əli Hacızadə


    Похожие новости



Полезные советы
Здоровье и Красота


Мужской и Женский мир
Фото новости

Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook