Great.az

    Dayan - Nusret Kesemenli


    Dayan - Nusret Kesemenli


    Toxunma əlimə günahın çoxdur,
    Gözümdə tikanlı məftil kimisən
    Sənin gözlərində həqiqət yoxdur,
    Kiminlə dəyişdin bir bax, kimi sən?

    Daha xoş gəlməz o nəvaziş mənə ,
    Dolaşma başımda dumanlar kimi
    Bədbəxt, yaltaqlıqda yaraşmir sənə,
    Dəyiş danışdığın yalanlar kimi.

    Qanına it qanı qatılıb inan,
    Xəmirin haramliq zaddan tutulub.
    Namusdan, qeyrətdən, ardan uzaqsan,
    Mənliyin ayaqlar altda atılıb.

    O necə ürəkdi,o necə qəlbdi,
    Kart tək atılıbsan ortaya aşkar
    Zamanı oyuncaq düşünmə,bəsdir!
    Oyuna tutublar səni, saxtakar.

    Böylə yaşamağa dəyərmi söylə?
    Sən bu təbiətlə hara gedərsən
    Quzu cildində dişi canavar
    Qarşın alınmasa nələr edərsən...


    Похожие новости



Полезные советы
Здоровье и Красота


Мужской и Женский мир
Отношения
Рецепты
Загрузка...
Новые статьи
Фото новости
Топ новости

Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook
Bağla
Нажмите ««Нравится»», чтобы читать нас на   Facebook