Ailə həyatı, sevgi, cinsi əlaqə haqqında düzgün anlayışın olması üçün cavanlara cinsiyyət orqanlarının anatomiyasını, onların bioloji-
fizioloji xüsusiyyətlərini, funksional pozğunluqlarını və bir sıra başqa məsələləri bilmək lazımdır.
Cinsiyyət sisteminin mürəkkəb quruluşu, eləcə də onların müxtəlif fizioloji və bioloji vəzifələri ümumi bir məqsədə kişi cinsi hüceyrəsinin və qadın yumurta hüceyrəsinin birləşməsinə və gələcəkdə mayalanmış yumurta hüceyrədən yeni bir fərdi əmələ gəlməsinə xidmət edir.
Kişi cinsiyyət orqanları bir cüt xayadan (yumurtalardan), xaya artımlarından, toxum keçəcəyindən, toxum keçirən axarcıqlardan, prostat vəzidən və cinsiyyət üzvündən ibarətdir.
Xayalar dəri və əzələdən təşkil olunmuş kisəcikdə — xayalıqda yerləşir. Onlar qarın boşluğunda inkişaf edib” formalaşır və həyatın ilk dövrlərində qasıq deşiyindən keçərək dəri-əzələ kisəsinə — xayalığa enir. Müəyyən səbəblərə görə xayalar və ya onlardan biri qarın boşluğunda qalarsa tibbi müdaxiləyə (dərman müalicəsi və ya cərrahi müdaxilə) əl atmaq lazımdır. Belə ki, bu hadisə oğlanın ümumi inkişafına və hətta gələcəkdə onun tam keyfiyyətli kişi və ata olmasına xələl gətirə bilər. Bundan əlavə, başqa yerdə ilişib qalan xayalar sonralar həm də bədxassəli şişlərə u çevrilə bilərlər. Valideynlər vaxtaşırı oğlan uşaqlarında xayaların öz təbii yerlərinə — xayalığa düşməsinə nəzarət etməlidirlər. Uşağın anadan olmasının birinci ayından xayaların xayalığa enmədiyi müşahidə olunduqda mütləq həkimə müraciət etmək lazımdır.
Yaşlı, kişidə xayaların həcmi 4×3 sm, çəkisi 20-30 q, 8 yaşında oğlanlarda 0,8 q, 15 yaşında yeniyetmələrdə 7-10q olur. Çoxsaylı arakəsmələrlə 200-300 xırda hissəciklərə bölünən və daxili çox nazik qıvrılmış toxum borucuqları dolu olan yumurtada cinsi yetişmə dövründən demək olar ki, həyatın sonuna qədər kişi cinsi hüceyrələri — spermatozoidlər hasil olunur. Spermatozoidin başı, boynu, gövdəsi və onun hərəkətini təmin edən quyruğu olur. Xayanın daxilində mürəkkəb inkişaf dövrü keçirdikdən sonra yetkin, hərəkətli və aktiv spermatozoidlər toxum kisəciyinə toplanırlar. Bundan əlavə xayalarda çox mürəkkəb bioloji aktiv kişi cinsi hormonları — androgenlər hasil olunur (onlardan ən əsası testosterondur) -
Xayalar iki funksiyalı hormonların və spermatozoidlərin hasil olunmasının təmin edən daxili və xarici sekresiya vəziləridir. Testosterona bənzər kişi cinsiyyət hormonlarının müəyyən miqdarı böyrəküstü vəzilərdə hasil olunur. Oğlanın kişiyə çevrilməsində kişi cinsiyyət hormonları mühüm rol oynayır. Belə ki, bütün ikincili cinsiyyət əlamətləri bədən quruluşunda baş verən dəyişikliklər, bədənin müxtəlif sahələrində tük örtüyünün, bığ və saqqalın çıxması, səs tembrində baş verən dəyişmə, spermanın hasil olunması, cinsiyyət orqanlarının böyüməsi və psixikanın xüsusiyyətləri hormonlarla idarə olunurlar.
Xaya artımı. Uzunluğu 5-8 sm, qalınlığı 1 sm olan xaya artımı arakəsmələrlə 12-13 hissəyə bölünmüş və xayalardan başlayan toxum çıxarıcı kanalların davamıdır, Xaya artımında spermatozoidlərin yetişməsində böyük rol oynayan xüsusi maddə hazırlanır. Bundan əlavə burada passiv, qeyri-normal spermatozoidləri əridib yox etmək üçün spermisfaqlar adlanan xüsusi hüceyrələr də hasil olunur. Xaya artımından keçən kanalın uzunluğu 4,5 sm, xarici diametri 3 mm, daxili 1,5 lm-dır. O yuxan qalxaraq xayalıqdan çıxır, qasıq deşiyindən keçərək qarın boşluğuna daxil olur və burada sidik kanalına açılır. Bu kanalcığın sidik kanalına açıldığı yerdə bir cüt kiçik toxum kisəciyi yerləşmişdir. Bu kisəciklərdə spermatozoidlərin həyat fəaliyyətini aktivləşdirən maddə hasil olunur.
Prostat vəzi sidik kisəsindən sidik kanalı başlayan yerdə yerləşir və burada sidik kanalım əhatəsidir. Bu vəzi də kiçik hissələrdən təşkil olunmuşdur. Prostat vəzi spermatozoidlərin hərəkətini aktivləşdirən maddə ifraz edir. Prostatın hasil etdiyi maddələr qana keçərək yumurtaların fəaliyyətinə təsir edir. Yaş artdıqca prostat vəzinin aktivliyi azalır. Kişilərin əksəriyyətində bu proses 46 yaşlarından başlayır.
Daha
sonralar (50-60 yaşlarında) bu proses kəskinləşir, sekretor hüceyrələrin atrofiya olunması hesabına birləşdirici toxuma hüceyrələri artır və bu səbəbdən prostat vəzinin həcmi böyüyərək sidik kanalmı sıxmağa başlayır və bu da sidik ifrazının çətinləşməsinə və hətta tamamilə mümkün olmamasına səbəb olur, Prostat vəzinin belə vəziyyəti prostatın adenoması adlanır.
Bundan əlavə, spirtli içkilərdən, oturaq həyat tərzindən, daim qıcıqlandırıcı (acı, turş və s.) xörəklərin təsirindən, soyuqlamadan və başqa zərərli amillərin təsirindən prostatın xroniki iltihabı (prostatit), əmələ gələ bilər.
Bunun əsas səbəbi isə çox vaxt infeksiya xarakterli olur. Belə ki, kariyes dişlər badamcıqların xroniki iltihabı, soyuqlama ilə əlaqədar təkrar baş verən xəstəliklər prostatın iltihabına səbəb olur.
Prostat vəzinin funksiyası çoxcəhətlidir. Belə ki, aktiv cinsi əlaqə dövründə prostatın ifrazatı az miqdarda limfaya və qana keçərək xayaları fəaliyyətini artırır. Uzun müddət cinsi əlaqə olmursa, prostatın ifrazatı qana çox miqdarda daxil olur və xayaların fəaliyyətini müəyyən qədər azaldır.
Cinsi əlaqə vaxtı xaya artımlarının və toxum axacağının yığılması nəticəsində toxum mayesi öz əsas vəzifəsindən savayı, həmçinin toxum ötürən vəzifəsini yerinə yetirən sidik axarına tökülür. Spermatozoidlər və cinsiyyət vəzi ifrazatlarının qarışığından ibarət olan bu maye eyakulyat və ya sperma adlanır. Toxum mayesinin cinsiyyət üzvünün sidik kanalı tərəfindən xaricə atılması eyakulyasiya adlanır.
Kişi cinsiyyət üzvü sidik kisəsindən sidiyi xaricə çıxarmaq və spermanı qadının uşaqlıq yoluna daxil etmək vəzifəsini daşıyır və xayalıqla birlikdə kişinin xarici cinsiyyət orqanını təşkil edir. Kişi cinsiyyət orqanı üç məsaməli cisimdən təşkil olunmuşdur. Məsaməli cismin boşluqları birdən-birə yüksək təzyiqlə qanla dolduqda cinsiyyət üzvü gərginləşərək ereksiya vəziyyətinə gəlir. Süngərvarı cisimlərdən biri cinsiyyət üzvünün ucunu təşkil edir. Sidik kanalı bu süngərvarı cismin içindən keçir.
Kişi cinsiyyət orqanı xaricdən dəri ilə örtülmüşdür. Dərinin cinsiyyət orqanının başcığını örtən hissəsi orqana yapışmayıb və normal vəziyyətdə qatlanaraq onun xaricə çıxmasına imkan verir. Bəzən dərinin qurtaracağındakı hissəsinin dəliyi çox dar olduğu üçün orqanın bu hissəsinə düşən mikroorqanizmlər iltihabı prosesin — fimozun əmələ gəlməsinə səbəb olurlar. Bu zaman dərinin üç hissəsini kəsib dəliyi genişləndirmək, sünnət etmək lazımdır. Fimoz xəstəliyi uşağı kiçik yaşlarında sünnət edən xalqlarda olmur.
Qadın cinsiyyət orqanları xarici və daxili olmaqla ayırd edilir. Xarici cinsiyyət orqanlarına aiddir: qasıq, böyük və kiçik cinsiyyət dodaqlan, uşaqlıq yolu dəhlizi, qızlıq pərdəsi, bartolin vəziləri, klitor, sidik kanalının xarici dəliyi.
Qasıq dəri altına toplanmış piy təbəqəsi hesabda bir qədər hündür olub qarının ən aşağı hissəsində yerləşir (zöhrə təpəciyi). Cinsi yetkinlik dövründə qasıqda tük örtüyü əmələ gəlir.
Böyük cinsiyyət dodaqları qasığın aşağı hissəsində yerləşən piy təbəqəsilə zəngin, uzunsov dəri qatından ibarətdir. Onlar qan və limfa damarları ilə zəngindirlər. Cinsi yetkinlik dövründə böyük dodaqlarda da tüklər bitir. Böyük dodaqların arasında cinsiyyət yarığı yerləşir. Böyük dodaqların daxili səthində cinsiyyət yarığını isladan məhtəviyyatı bartolin vəziləri ifraz edirlər.
Cinsiyyət yanğının yuxan hissəsi kişi cinsiyyət üzvünə bənzər, amma çox kiçik bir orqan — klitor yerləşir. Sakit vəziyyətdə o kiçik bir çıxıntı şəklində olur. Cinsi oyanma vaxtı isə o, ereksiya vəziyyətinə çatır, həcmi böyüyür. Klitordan bir qədər aşağıda sidik kanalının xarici dəliyi yerləşir.
Kiçik cinsiyyət dodaqları klitorun aşağısından başlayan ilk incə dəri qatından təşkil olunmuşdur. Külli miqdarda həssas sinir uclan və qan damarları ilə zəngindir.
Böyük və kiçik dodaqlar uşaqlıq yolunda olan qızlıq (bəkarət) pərdəsini örtürlər. Bu nazik pərdə həssas sinir uclan və qan damarlan ilə zəngindir. Qızlıq pərdəsi nazik və ya qalın, bir və ya bir neçə formalı (dairəvi, ay şəkilli, ulduzvarı, saçaqlı və s.) dəlikləri ola bilər. Qızlarda aybaşı zamanı uşaqlıqda baş verən qanaxma bu dəliklərdən xaric olunur. Adətən qızlıq pərdəsi birinci normal cinsi əlaqə zamanı deşilir. Bu proses bir qədər ağrılı və az miqdarda qanaxma ilə müşayiət olunur. Pərdənin dağılması travma, bacarıqsız yuyulma və s. səbəblərdən də ola bilər. Çox qalın qızlıq pərdəsini cərrahiyyə yolu ilə kəsmək lazım gəlir. Qızlıq pərdəsində nadir hallarda dəlik olmur ki, belə olduqda aybaşı qanın axması üçün cərrahi yol ilə süni dəlik açmaq lazım gəlir. Bəzən qızlıq pərdəsindəki dəlik çox böyük olduğundan birinci cinsi əlaqə zamanı pərdə dağılmır və bu səbəbdən qanaxma da olmur. Belə hallarda təcrübəsiz şəxslər gəlinə qarşı haqsız ittiham irəli sürür, gəlinin ismətinə, namusuna şübhə edilir və nigah pozulur. Halbuki adi həkim yoxlaması ilə qızlıq pərdəsinin vəziyyətini yoxlayıb. həqiqəti aşkar etmək mümkündür.
Qadının daxili cinsiyyət orqanlarına uşaqlıq, uşaqlıq yolu, uşaqlıq boruları və yumurtalıqlar aiddir.
Uşaqlıq yolu qızlıq pərdəsindən sonra başlayan boruşəkilli. 8-9sm uzunluğu və 2-3sm enində əzələdən ibarətdir. Onun bir neçə vəzifəsi var: cinsi əlaqədə kişinin cinsiyyət orqanını və spermanı qəbul edir, uşaqlığın boynu ilə doğuş zamanı dölün və plasentanın keçməsi üçün doğuş yolunu təşkil edir, uşaqlığı xarici mühitin müxtəlif təsirlərindən qoruyur.
Doğuş yolunun daxili səthi incə. tez zədələnən və müxtəlif infeksiyalara yüksək dərəcədə həssas selikli qişa ilə örtülmüşdür. Uşaqlıq yolunun selikli qişasında həmişə süd turşusu bakteriyaları (Dederleyn çöpləri) olur. 00000000 Bu bakteriyaların fəaliyyəti nəticəsində uşaqlıq yolunun selikli qişasında əmələ gələn qlikogendən (heyvani nişasta) süd turşusu hasil olur. Uşaqlıq yolunda əmələ gəlmiş turş mühit xarici mühitdən keçən mikroorqanizmlərə öldürücü təsir göstərməklə qadının – daxili cinsiyyət orqanlarını bir çox infeksiyalardan qoruyur-
Yumurtalıqların bəzi funksiyaları pozulduqda selikli qişada qlikogenin miqdarı azaldığından uşaqlıq yolunun mühiti dəyişərək mikrobların inkişafı üçün əlverişli (qələvi) mühit yaranır ki, bunun da nəticəsində uşaqlıq yoluna düşən müxtəlif mikroblar artıb çoxalır və oradan keçib uşaqlıqda, hətta uşaqlıq borularında və qarın boşluğunda da müxtəlif iltihablar əmələ gətirə bilirlər.
Uşaqlıq yolunun təmizliyinin 4 dərəcəsini ayırd edirlər: 1) uşaqlıq yolunun selikli qişasında yalnız Dederleyn çöpləri, epitel hüceyrələri və turş reaksiya olur; 2) uşaqlıq yolunda tək-tük leykositlər” (ağ qan kürəcikləri) və ayn-ayn saprofit (xəstəlik törətməyən) mikroorqanizmlər, çox miqdarda Dederleyn çöpləri olur; 3) tək-tük Dederleyn çöpləri, çoxlu leykositlər və müəyyən qədər saprofit mikroblar olur, ifrazatın reaksiyası zəif qələvidir; 4) Dederleyn çöpləri olmur, leykositlər və patogen mikroblar çoxdur, reaksiyası qələvidir. 3 və 4-cü dərəcənin göstəriciləri qadının cinsiyyət üzvlərində xəstəlik və iltihab proseri olmasını göstərir.
Uşaqlıq yolunun normal vəziyyətində orada az miqdarda ağ rəngdə ifrazat görünür. Şəxsi gigiyena qanunlarına riayət edən sağlam qadın-bu məhtəviyyatın olmasını heç hiss etmir. Uşaqlıq yolunun xəstəliyində məhtəviyyat ifrazatı artır, rəngi sarıyaşıl, köpüklü və üfunətli olur, narahatlıq, sancı, gicişmə, dəridə qıcıq hissi əmələ gətirir. Belə halda ginekoloqa müraciət etmək vacibdir. Bəzən yeni doğulmuş qızlarda həyatın birinci iki. həftəsində sarımtıl-ağ rəngli ifrazat olur. Bu qısa müddətdə keçib gedir və valideynləri narahat istəməlidir. Amma hər halda həkimə müraciət etmək məsləhətdir.
Qızların 80—90 faizlidə cinsi yetişmə dövründə həmçinin məhtəviyyat təkrar olunur. Bu normal hal olsa da, yenə də cinsiyyət orqanların təmizliyinə xüsusi diqqət yetirmək və mütəxəssis həkimin məsləhətini almaq lazımdır.
Uşaqlıq sidik kisəsilə düz bağırsağın arasında Yerləşmiş, içərisi boş əzələlərdən təşkil olunmuş orqandır. hamiləlikdə onun daxilində döl inkişaf edib böyüyür. Uşaqlığın boynu uşaqlıq yolunun yuxan hissəsinə açılır. Uşaqlığın geniş yuxan hissəsi gövdə, ensiz aşağı hissəsi boyun adlanır. Uşaqlıq gövdəsinin daxili yarıqşəkilli boşluq olub aşağıya — boyun hissəsinə çatdıqda dar kanal şəklini alır. Bu kanal uşaqlıq yoluna açılır. Uşaqlığın yuxarı hissəsinə iki tərəfdən Fallopi boruları birləşmişdir. Onun daxili boşluğu qan damarları ilə zəngin olan selikli qişa ilə örtülüdür. Sağlam halda uşaqlığın daxilində heç bir mikrob olmur. Yaşlı qadınlarda uşaqlığın adi uzunluğu 7-8sm, eni 4-bsl», qalınlığı 3sm, çəkisi 50 qrama bərabərdir. hamiləlik zamanı uşaqlığın uzunluğu 24-25sm-ə, çəkisi 50q-a çatır.
Uşaqlığa uşaqlığı (Fallopi boruları) açılır. Onların hər birinin uzunluğu 10-12 sm, daxili boşluqlarının diametri bir neçə mm-ə çatır. Borunun bir ucu uşaqlığa, ikinci qıfşəkilli ucu isə sərbəst olaraq qarın boşluğuna açılir. Qıfın kənarları saçaq şəkilli çıxıntılarla örtülüdür. Yumurtalıqda inkişaf etmiş yumurta hüceyrə qarın boşluğuna düşür. Öz xüsusi formalı hərəkətilə saçaqlar yumurta hüceyrəni borunun ucundakı qıf hissəsinə ötürür, oradan yumurta uşaqlıq borusunun içərisinə keçir, yumurtalıqdan çıxmış yumurta hüceyrənin mayalanmaq qabiliyyəti 12-48 saat müddətində saxlanılır. Spermatozoidlərin mayalandırmaq qabiliyyətini saxlanma müddəti də təqribən elə bu qədərdir. Bunları hesablayaraq qadınlar özlərini fizioloji üsulla hamiləlikdən qoruya bilərlər. Mayalanma baş verdikdə (yumurtahüceyrə ilə kişinin spermatozoidlərinin görüşüb birləşməsi) yumurtahüceyrə: uşaqlıq borularının əzələlərinin yığılıb açılması hesabına uşaqlığın içərisinə doğru hərəkət edir. Uşaqlığın daxilində o, uşaqlıq divarına yapışır və qısa müddətdə çoxlu qan damarları nə müxtəlif toxumalarla əhatə olunur, yetkin dölün inkişafında olan bütün maddələr ananın qan dövranı vasitəsilə dölə çatdırılır.
Uşaqlıq borularının vəzifəsi bir də ona görə çox əhəmiyyətlidir ki, yumurtahüceyrə onun daxilindən keçən zaman burada mqflanmış yumurtahüceyrənin həyat fəaliyyətini təmin edən xüsusi maddə hasil olunur. Əks təqdirdə qidasızlıq nəticəsində yumurtahüceyrənin tələsy) olması hamiləliyin baş verməməsinə səbəb olardı. Boruların daxili quruluşunun funksiya pozğunluqları nəticəsində mayalanmış yumurtahüceyrə uşaqlığa çatmayaraq, borunun daxilində inkişaf etməyə başladıqda qadının həyatı üçün təhlügəli olan uşaqlıqdankənar hamiləlik meydana çıxır ki, bunu da yalnız cərrahi müdaxilə ilə aradan qaldırmaq mümkündür. Uşaqlıqdankənar hamiləliyin səbəbləri boruların anadangəlmə qeyri-normallığı, abort (hamiləliyin süni pozulması), uşaqlığın və boruların yoluxması və s.-dir.
Yumurtalıqlar uşaqlığın hər iki tərəfində, fallopi borularının qıfı altında yerləşmiş cinsiyyət vəziləridir. Yumurtalıqlar da xaya artımı kimi iki reproduktiv (burada qadın cinsi hüceyrəsi yumurtahüceyrə inkişaf edir) və endokrin — qadın cinsi hormonları hasil olunur) vəzifə yerinə yetirirlər. Formalarına görə gavalıya bənzəyən yumurtalıqların uzunluğu 2,5-4sm, eni l,5-2sm, qalınlığı lsm, çəkisi 6-8 q-dır. Doğulan zaman qızın yumurtahüceyrə rüşeymi olur. həyat boyu onların çoxusu inkişafdan qalır. Qadının həyatında 30-35 il davam edən uşaqdoğma dövründə hər ay yumurtalıqda (növbə ilə sağ və sol yumurtalıqlarda) mayalanmağa qadir yumurtahüceyrə inkişaf edərək qovuq (foilikul) şəklində » yumurtalığın səthinə çıxır. Bu follikulun axırıncı inkişaf dövründə içərisində yüksək təzyiq və xüsusi tərkibli maye olan qovuq (Qraaf qovuğu) partlayır və yumurtahüceyrə uşaqlıq borusunun qıfı qarşısında qarın boşluğuna atılır. Partlamış follikul yerində müvəqqəti daxili sekresiya vəzi — “sarı çisim” əmələ gəlir. Bu vəzi uşaqlığın selikli qişasında mayalanmış yumurtahüceyrənin yerləşib inkişaf etməsi üçün kestoken (hamilə olmaq) hormonları hasil edir. Onlardan biri progesterondur. Kestogenlər hamiləlik və onunla əlaqədar bütün məsələləri (yumurtahüceyrənin uşaqlığın selikli qişasmda yerləşib inkişaf etməsi, hamiləliyin normal gedişi, süd vəzilərinin uşağı qidalandırmasına hazırlıq işi və s.) idarə edir. hamiləlik davam etdikdə sarı çisim 16 həftə müddətində inkişafını davam etdirir və sonra inkişafdan qalır. Əkər hamiləlik (mayalanma) baş vermirsə 10-14 gündən sonra onun yerində ağ çisim əmələ gəlir və sonra o sovurulub yox olur.
Prokesterondan əlavə yumurtalıqlar qadın cinsiyyət hormonları, estrogenlər və az miqdarda kişi cinsiyyət hormonları — androgenlər hasil edirlər. Estroksp I androken hormonlarının eyni vaxtda birgə təsiri nəticəsində qızlarda dərialtı piy toxumasının orqanizmin müəyyən sahələrində toplanması, qoltuqda və qasıq nahiyəsində tük örtüyünün bitməsi. çanağın formasının dəyişməsi və s. baş verir. Estrokenlər və prokesteron həmçinin maddələr mübadiləsinə və hərarətin orqanizmdə idarə olunmasına müəyyən dərəcədə təsir edir.
Yumurtalığın hormonları hipofiz (kəllə boşluğunda yerləşən” endokrin vəzi) və hipotalamus (baş beyində eyni vaxtda endokrin vəzi və sinir sistemi vəzifəsini yerinə yetirən hissə) hormonları ilə birlikdə menstrual dövrdə yumurtalıqlarda baş verən dövri dəyişkənlikləri idarə edirlər.
Aybaşı dövrü. hamilə olmayan sağlam qadın üçün cinsiyyət yolundan 50-200 ml miqdarında qısamüddətli (3-5 gün) qanaxma normal hal hesab olunur. Menstruasiya müddətində xaric olunan ifrazatın 50-100 ml qan, qalan hissəsi isə cinsiyyət vəzilərinin ifrazatı və uşaqlığın daxilindən qopub ayrılmasa selikli qişa elementləridir. Aybaşı qanı adətən laxtalanmır.
Bunun səbəbi uşaqlığın selikli qişasının ifraz etdiyi xüsusi fermentlərin qanın laxtalanmasının qarşısını almasıdır.
Lakin bəzən aybaşı vaxtı qanın laxtalar şəklində gəlməsi uşaqlıq qanaxmasını göstərən əlamətdir və belə halda mütləq ginekoloqa müraciət etmək lazımdır.
Birinci aybaşı (menarxe) müasir qızların əksəriyyətində 12-13 yaşından başlayır.
Aybaşının daha erkən (8 yaş və daha tez) başlanması vaxtından əvvəl cinsi yetişmənin və yumurtalığın hormonalaktiv şişinin inkişafmı göstərir. Aybaşının 15 yaşından və daha gec başlanması isə cinsiyyət sisteminin inkişaf etmədiyini (infantilizm) güman etməyə əsas verir. Normal aybaşı ritmi birinci aybaşıdan keçən 6 ay müddətində, bəzən də bir az gec qərarlaşır. Bu dövrdə aybaşının müntəzəm şəkildə olmaması xüsusi narahatlığa səbəb olmamalıdır, amma bəzi hallarda bu vəziyyət cinsiyyət orqanlarının kifayət dərəcədə inkişaf etməməsinin də göstəricisi ola bilər. Buna görə valideynlər, eləcə də qızın özü bu məsələyə xüsusi diqqət yetirməli və vaxtaşırı mütəxəssis-kinekoloqla məsləhətləşməlidir. Birinci aybaşının menarxenin başlayacağı haqqında qızın əvvəlcədən məlumatı olmalıdır ki, o bunun üçün həm mənəvi və həm də fıziki cəhətdən hazır olsun. Axı birinci aybaşı ilə qızın uşaq doğma dövrü başlayır, o, ana ola bilər. Bu dövrdən o, öz əxlaqı üçün ailə, məktəb kollsktivi, ictimaiyyət qarşısında cavabdehlik daşıyır. Beləliklə, birinci aybaşı qızın həyatında mühüm bioloji və eyni zamanda sosial bir hadisədir. Cinsiyyət orqanından qanlı ifrazatın görünməsini bu məsələyə hazır olmayan qızlar çox zaman xəstəliklə əlaqələndirirlər. Onlar bu haqda valideynlərinə deməyə utanır, hətta bəzən faciəli nəticə ilə qurtaran özünü müallcəyə əl atırlar. 11-12 yaşlı qızı aybaşının başlanmasına ədəb və ehtiyatla hazırlamaq lazımdır. Qarşıda duran məsələnin həlli üçün təcrübəl- analar, tərbiyəçilər, müəllimlər ehtiyatla və yüksək dərəcədə ədəblə aparılan söhbətlərlə aybaşıdan əvvəl baş verən vəziyyətlər “səbəbsiz” yorğunluq, zəiflik, həyəcan və ya əksinə, ruh düşgünlüyü, baş ağrıları, baş gicəllənməsi, qarının aşağı hissəsində ağrılar olduqda özünə daha diqqətli olmağı qıza tövsiyə etməlidirlər. Dokıyısı ilə verilən belə məlumatlar qız uşağını onun həyatında birinci cinsi baş verəcək bu vacib fizioloji akta müəyyən dərəcədə hazır olmağa şərait yaradar.
Aybaşının başlanması qız uşağının nə fiziki və nə də sosial yetişkənliyi ilə uyğunlaşmır. Onıın bir qadın kimi yetkinliyi yalnız hamilə olmaq qabiliyyətilə deyil, eyni zamanda öz orqanizminə zərər vermədən uşağı yetirib doğmaq, saxlamaq, yedizdirmək və tərbiyə etmək imkanlarına malik olduqda baş verir. Yalnız 18 yasından sonra qızların orqanizmi belə inkişaf
səviyyəsinə çatır.
Menstruasiyanın bəzən daha gec başlanması, əgər bunun üçün xüsusi səbəblər yoxdursa, normadan kənar hesab olunmaya bilər. Bəzi gecikmələr ailənin xüsusiyyətilə (menarxenin qızın anasında da gecikməsi), qızın bədən quruluşu ilə (aybaşı kök qızlarda tez, arıqlarda isə nisbətən gec başlayır) əlaqədar olur. Aybaşının tez və ya gec başlanması idman məşğələrinin intensivliyi ilə də əlaqədar ola bilər. Belə ki, idman məşğələlərinin həddən. artıq fiziki yükü aybaşının başlanmasını yubadır, üzgüçülük isə əksinə sürətləndirir. Valideynlər, müəllimlər, məşqçilər bilməlidirlər ki, menarxeni» istər tez və istərsə də gec başlanması, nonnaya düşmə müddətinin uzanması (6-8 ay və daha çox), menstnıal dövrün tərəddüdü (2-3 gün və daha çox), qanaxmanın miqdarının artması (200 ml və daha cox) yumurtalıqların işində müxtəlif pozğunluqlar olduğunu xəbər verir. Belə hallar baş verdikdə onların nəticələrinin qarşısını almaq üçün qız həkimə müraciət etməlidir.
Hər bir yaşlı qadın özündə menarxenin nə vaxt olduğunu, aybaşının nə vaxt qaydaya düşdüyünü, onun daimi tipini, necə keçdiyini, menarxedən əvvəl və sonra özünü necə hiss etdiyini və bununla əlaqədar olan başqa məsələləri yadında saxlamalıdır.
Qadınların əksəriyyətində normal aybaşı dövrü 28 gün, bəzən isə 21-35 gün olur. Lakin hər bir qadının özünə məxsus fərdi aybaşı dövrü olduğu üçün bunu nəzərə alaraq o, arzu olunmayan hamiləliyin qarşısını almaqdan ötrü özünə cinsi əlaqə təqvimi düzəldə bilər. Yadda saxlamaq lazımdır ki, cinsi əlaqələrin başlanğıcı və onun intensivliyi ilə əlaqədar (doğuşdan, abortdan sonra, səyahət və köç zamanı, iqlimin və əmək xüsusiyyətinin dəyişməsi, əsəb sarsıntıları və s.) aybaşının davamiyyətinin müddəti (2-3 gün və daha çox) dəyişə bilər.
Normal aybaşı, adətən, hər hansı bir xüsusi ağrı hissi ilə müşayiət olunmasa da bəzi qızlarda və qadınlarda aybaşıdan bir neçə gün (1-2 həftə) əvvəl vəziyyət pisləşir, baş ağrıları, başgicəllənməsi, ürəkbulanması, qusma, ürək döyünməsi və ürəkdə ağrılar, təngnəfəslik, titrətmə, ətraflarda ağrılar. qaşınma, ödem, əsəbilik, aqressivlik, şıltaqlıqlar, səbəbsiz sevinc hissləri, qanıqaralıq, ağlağanlıq, tənhalıq arzusu, hər şeydən şübhələnmək, sayıqlama, ərinə qarşı qısqanclıq|. sağalmamaq qorxusu, yuxusuzluq, yaddaşın və diqqətin zəifləməsi müşahidə olunur, bəzən xasiyyətində baş verən dəyişkənliklə əlaqədar ailədə, iş yerində müxtəlif toqquşmalar baş verir. Belə hal aybaşı ilə əlaqədar sindrom adlanır ki, bu haqda da nəinki təkcə ginekoloqun, hətta nevropatoloqun. psixiatrın və endokrinoloqun nəzarəti və köməyi lazımdır. Belə qadının özü də öz xasiyyətinə tənqidi yanaşmalı, hərəkətlərini və əməllərini ədəb və mədəniyyət çərçivəsində saxlamağa çalışmalıdır. Bu cür sindromu olan, ondan əzab çəkən qadına qarşı ailə üzvlərinin mərhəmətli, diqqətli olmağı lazımdır. Əri tərəfindən mehribanlıq və diqqət xüsusilə vacibdir.
Aybaşı dövrü menarxedən başlayaraq 45-50 yaşa qədər davam edir. Qadının bütün uşaqdoğma müddətində aybaşı dövrünün müəyyən fazalarındakı xüsusiyyət mcnstrual funksiya adlanır.
Menstrual funksiyanın idarə olunması sinir və hormonal mexanizmlərin (baş beyinin qabığı, əsasən hipotalamusda və hipofızdə yerləşən qabıqaltı sinir mərkəzləri) və cinsiyyət üzvlərinin (yumurtalıq, uşaqlıq yolu, uşaqlıq, uşaqlıq boruları) birgə fəaliyyəti ilə həyata keçirilir.
Aybaşı dövrünün gedişində qeyri-adilik fizioloji şəkildə qızlarda cinsi yetişkənliyə qədər, qadınlarda hamiləlik zamanı. uşaq əmizdirdikdə, klimaksdan sonra amenoreya (aybaşının olmaması) kimi özünü göstərə bilər. Patoloji amenoreya birincili və ikincili ola bilər. Birincili amenoreya 15-16 yaşında və daha böyük qızlarda aybaşının olmamasıdır. Bu, aybaşı dövrünün ən, ağır pozğunluqlarından biri və çox ciddi məsələdir. İkincili amenoreya başlanmasından sonra 6 ay və bəzən daha uzun müddətdə onun olmamasıdır. Bunun, əmələ gəlməsi üçün səbəblər çoxdur: ümumi və cinsi infantilizm, uşaqlıqda vərəm, tonzillit, müxtəlif infeksiyalar və s. xəstəliklərin keçirilməsi, halsızlıq, stresslər, daxili sekresiya vəzilərinin fəaliyyətindəki genetik qüsurlar və s. Bütün hallarda təcili və yüksək ixtisaslı həkim köməyi lazımdır.
Qadınlarda yaş artdıqca aybaşı funksiyası azalmağa başlayır və klimaksın başlanması ilə (45-50 yaşlarında) tamamilə kəsilir. Bu fizioloji hal təşvişə səbəb olmamalıdır və yalnız orqanizmdə bununla əlaqədar müxtəlif pozğunluqlar (sinir, ürək, qan damar, endokrin və s.) əmələ gəldikdə mütəxəssis həkimə müraciət etmək lazımdır. hazırda çətin keçirilən klimaksın gedişini yüngülləşdirən üsullar mövcuddur.
Qadın cinsiyyət orqanlarının gigiyenası. Qadın cinsiyyət orqanlarının xəstəliklərinin qarşısının alınması onun doğulduğu gündən başlanmalıdır. Bu, cinsiyyət orqanlarının, düz bağırsaq çıxacağının və aralığın yuyulub təmizlənməsindən ibarətdir.
Qız uşağının gigiyenasının əsas qaydalarını bilmək vacibdir. Yuyunmağa başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalıdır. Sonra ilıq su, həmişə yalnız bu məqsəd üçün işlədilən kiçik ləyən, təmiz, pambıq və ya tənzif parçası hazırlamaq lazımdır. Qız ləyənə çöməlib dayanmalı, ana və ya tərbiyəçi onun arxasında bir əlində su qabı, o biri əlində sabun sürtülmüş pambıq (tənzif) qasıq nahiyəsindən başlayaraq xarici cinsiyyət dodaqlarını ehtiyatla yumalıdır. Sonra yuyulmuş sahə (cinsiyyət orqanları, aralıq, budların daxili səthi) bu məqsəd üçün ayrılmış yumşaq dəsmal ilə qurulanmalıdır. Həkimin təyinatı olmadan qız uşağını müxtəlif dərmanlar, ot dəmləmələri və s. ilə yumaq qəti qadağandır. Səhər və axşam yatmazdan əvvəl yuyunmaq vacibdir. Uşaqlar bu tədbiri sevir və tezliklə dişləri, əl-üzü yumaq kimi ona da adət edirlər. Bütün bunları 7-8 yaşında qız uşağı anasının, nənəsinin. böyük bacısının nəzarəti altında, daha sonralar isə müstəqil olaraq özü də edə bilər.
Eyni vaxtda həmin təmizləmə işi anus nahiyəsində də (cinsiyyət orqanlarına toxunmadan) aparılır. Göstərilən yerlərdə təmizlənmə işi hər gün aparılmalıdır. Hər cinsi ayaqyolundan istifadə olunduqdan sonra xarici cinsiyyət orqanların yuyub kiçik tənzif və ya kağız dəsmallarla qurutmaq lazımdır. Bu məqsəd üçün qəzet və təsadüfi kağızlardan istifadə olunmamalıdır.
Oğlanlar və kişilər də anus nahiyəsini yumağa və xüsusi dəsmallarla qurulamağa adət etməlidirlər.
Aybaşı fazasının gigiyenası. Cinsiyyət orqanlarının gigiyenası bu fazada da aybaşıarası müddətdə olduğu kimidir, amma ona riayət olunmasına tələbkarlıq bu zaman daha yüksəkdir. Məsələ burasındadır ki, aybaşı zamanı orqanizminin müqaviməti hətta ən “zərərsiz” amillərə qarşı belə azalır. Bu vəziyyət cinsiyyət orqanları arasında özünü xüsusilə büruzə verir. Məsələn, soyuq suda çimmək, rütubət yerdə dincəlmək, günəş şüalarının uzunmüddətli təsiri, turist gəzintiləri zamanı çox cəld hərəkətli oyunlar və idman məşğələləri, uzun müddət velosiped sürmək, acı-turş xörəklər yemək yumurtalıqların, uşaqlığın və onun boruların iltihabına və eləcə də uşaqlıqdan güclü qanaxmalara səbəb ola bilər. Bununla yanaşı, aybaşı zamanı ifrata vararaq yorğan-döşəkdə hərəkətsiz qalmaq da yaramaz. Bu zaman qadının fiziki qüvvəsinin bir qədər azalmasını nəzərə almaq, sadəcə olaraq adi, normal həyat tərzini davam etdirmək, yalnız isti geyinib, xüsusilə ayaqları, bel
nahiyəsini, qarının aşağı hissəsini soyuqdan qorumaq, fiziki işi bir qədər yüngülləşdirmək lazımdır.
Aybaşı vaxtı tənzif və pambıqdan hazırlanan altlıqdan və ya fabrikdə bu məqsədlə hazırlanmış standart altlıqdan istifadə etmək, altlığı vaxtaşırı, qan hopduqca dəyişmək lazımdır.
Bu dövrdə gündə 3-4 cinsi sabun və qaynadılmış ilıq su ilə xarici cinsiyyət orqanlarını yumaq vacibdir. Selikli qişada qıcıqlanma olduqda yuyunmaq üçün çobanyastığı (çay) dəmləmələrindən, duşdan istifadə etmək məsləhətdir. Hamama getmək, vannada çimmək olmaz. Alt paltarlarını hər gün, islandıqda isə gündə bir neçə cinsi dəyişdirmək lazımdır.
Aybaşı vaxtı cinsiyyət orqanlarını imalə balonu ilə yumaq məsləhət görülmür, çünki bu zaman təsadüfi infeksiyalar uşaqlığın açıq vəziyyətdə olan boynundan daxilə keçərək çox ciddi, ağır xəstəliklər əmələ gətirə bilər. Həmçinin bu zaman cinsi əlaqə də qəti surətdə qadağandır. Bu həm qanaxmanın artmasına və həm də uşaqlığa infeksiyanın keçməsinə səbəb ola bilər.